27.08.2025
27.08.2025-ci il tarixində Ağstafa Dövlət Rəsm Qalereyasında MİHİ-nin Ağstafa Rayon Komitəsi ilə birgə "Yerli Rəssamlarla Görüş" adlı tədbir keçirilib. Tədbirdə MİHİ-nin Ağstafa Rayon Komitəsinin sədri Gülgün Kərimov, müavini Zahid Sultanov, rəssamlar Süleyman Mustafayev, Fazil Bayramov, Heydər Əhmədov, şairlər Nəriman Mehdixanlı, Arif Musazadə, Qalereyanın əməkdaşları və nəzdində fəaliyyət göstərən rəsm dərnək şagirdləri iştirak ediblər. Tədbirdə incəsənətin inkişafı, rəssamların yaradıcılığı və yeni ideyalar haqqında fikir mübadiləsi aparıldı. Sənətkarlar öz təcrübələrini paylaşaraq gənclərə yaradıcılıq yolunda tövsiyyə veriblər.